
Bakı. Trend:
2024-cü ilin yanvar-mart aylarında ölkədə qızıl istehsalı 427.6
kq təşkil edib. Bununla da ölkədə qızıl istehsalı əvvəlki ilin
müvafiq dövrünə nisbətən 3.8 % artıb.
Trend-in Dövlət Statistika
Komitəsinin cari ilin yanvar-mart ayları üzrə hesabatına istinadən
xəbərinə görə, qeyd olunan dövrdə ölkədə 839.8 kq gümüş istehsal
olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16.8 %
artım deməkdir.
Qeyd edək ki, hazırda Azərbaycanın 196,8 kq qızıl, 507.4 kq
gümüş ehtiyatı var.



























