
Bakı. Trend:
Honkonqda keçirilən basketbolun 3×3 növü üzrə qadınların
Olimpiya Təsnifat Turnirinin ən məhsuldar oyunçuları bəlli
olub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, yarışın qalibi olan Azərbaycan millisinin
üç basketbolçusu “Top-10”da yer alıb.
Aleksandra Mollenhauer 26 xalla turnirin 4-cü bombardiri olub.
Millimizə eyni xalla töhfə verən Tiffani Hayes sıralamada 5-cidir.
19 xal toplayan Dina Ulyanova bu göstəricidə 9-cu yeri tutub.
Komandamızın digər üzvü Mersedes Uolker siyahıda 23-cü olub.
Qeyd edək ki, turnirin ən yaxşı bombardiri Marisa Li Kastanek
olub. Polşalı basketbolçu 33 xal yığıb.





























