
Bakı. Trend:
Yaponiya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat
yayıb.
Zəlzələnin episentri Kyuşu adasındakı Nişinomote şəhərindən 157
km cənub-şərqdə yerləşib.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami
təhlükəsi elan olunmayıb.





























