Advertisement

Bakıda son üç ayda qəzalarda ölənlərin sayı açıqlandı

Bakı. Trend:

2024-cü ilin üç ayı ərzində paytaxt ərazisində qeydə alınmış
yol-nəqliyyat hadisələri ilə bağlı statistik məlumat açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi
İdarəsi məlumat yayıb.

Bildirilib ki, paytaxt ərazisində cari ilin yanvar, fevral və
mart aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat
hadisələrinin sayı 90 fakt, qəza nəticəsində ölənlərin sayı 33
nəfər, xəsarət alanların sayı isə 72 nəfər olub.

Ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 10 fakt
(10 %), ölənlərin sayı 15 nəfər (31,2 %), xəsarət alanların sayı
isə 5 nəfər (6,5 %) azalıb.