Advertisement

Narkotikə görə dispanser nəzarətində olanların sayı açıqlandı

Bakı. Trend:

Ötən il qəbul olunmuş yeni statistik hesabat formasına uyğun
olaraq Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş məlumata əsasən,
2023-cü il dekabrın 31-də Azərbaycan üzrə narkomaniya, narkotik
maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə
əlaqədar dispanser nəzarətində olanların sayı 36 659 nəfər təşkil
edib.

Trend xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının
məlumatına görə, onlardan 20 246 nəfəri opioidlərin, 7 955 nəfəri
kannabioidlərin, 8 458 nəfəri isə eyni zamanda, bir neçə narkotik
maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları
yaranmış şəxslərdir.

Onlardan 802 nəfəri qadındır. 2023-cü ildə müvafiq diaqnozla
dispanser nəzarətinə 3 796 nəfər götürülüb, 2 153 nəfər isə
nəzarətdən çıxarılıb.