
Bakı. Trend:
Rusiyanın Tümen vilayətində İşim şəhərinin sakinlərinin təcili
təxliyəsinə başlanılıb.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV Fövqəladə Hallar
Nazirliyinə (FHN) istinadən məlumat yayıb.
Qeyd olunub ki, sakinlərin təxliyəsi İşim çayında suyun
səviyyəsinin kritik həddə çatması ilə əlaqədardır.
“İşim çayında suyun səviyyəsi kritik dərəcədə artdığından, FHN
sakinlərdən dərhal evlərini tərk edərək, təhlükəsiz bölgələrə
yollanmağı xahiş edir. Yalnız sənəd və qiymətli əşyaları götürməyə
icazə verilir. İşimdə 67 min nəfər yaşayır, şəhər özü isə eyniadlı
çayın sol sahilində yerləşir”, – məlumatda deyilir.
Xatırladaq ki, Rusiyanın Orenburq vilayətində də daşqın
nəticəsində 10 mindən çox sahə və 5 mindən çox ev suyun altında
qalıb.





























