
Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu
olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gecə
və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi
əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 19-24° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu olacaq. Nisbi
rütubət gecə 60-65%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi
şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti,
dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.





























