
Bakı. Trend:
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2024-cü
ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata
əsasən, Bank dinamik inkişafını davam etdirərək, ölkənin bank
sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib.
Belə ki, Bank ötən ilin analoji dövrü ilə müqayisədə bütün
maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq
müsbət nəticələr əldə edib:
Bankın aktivləri 28% artaraq
2,1 milyard manat təşkil edib ki, bu da ölkə
bankları arasında ən yüksək göstəricilərdən biridir.
Bankın məcmu kapitalı 25% artaraq
168,77 milyon manat təşkil etmiş və minimum məcmu
kapital normasını 3 dəfədən çox üstələmişdir.
Bankın depozit portfeli 44% artaraq
1,41 milyard manat təşkil edib ki, bu da çoxsaylı
müştərilərin “Bank Respublika”ya olan inamını bir daha
təsdiqləyir.
Bankın xalis faiz gəlirləri 32% artaraq
34,58 milyon manata çatıb.
Bankın xalis əməliyyat mənfəəti 50%-dən çox
artaraq 16,89 milyon manata çatıb.
Bankın xalis mənfəəti 39% artaraq
13,51 milyon manat təşkil edib.
I dərəcəli kapitalın adekvatlıq əmsalı – 8,97%
(norma 6%)
Məcmu kapitalın adekvatlıq əmsalı – 12,55%
(norma 12%)
Leverec əmsalı – 5,85% (norma 5%)
Bank Respublika 1992-ci ildə yaradılıb və
Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları
arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan –
Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe
maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən
yüksək beynəlxalq reytinqlərdən birinə – “Stabil” proqnozlu “B2”
reytinqinə (Moody’s) malikdir.
Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram,
linkedin,
telegram
səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.



























