
Bakı. Trend:
Bakı şəhərinin Xətai rayonunda evdən meyit tapılıb.
Bu barədə Trend-ə Fövqəladə
Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında
köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla
əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə
qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti
aidiyyəti üzrə təhvil verilib.





























