
Bakı. Trend:
Azərbaycan və İtaliya arasında əmtəə dövriyyəsində qida
sənayesinin payı təqribən 35 faizə çatıb.
Trend xəbər
verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Klaudio
Taffuri İtaliya Ticarət Agentliyinin 2024-cü ilin yaz-yay aylarına
planlaşdırılan tədbirlərə həsr olunmuş mətbuat konfransında
deyib.
“Bu cür tədbirlərin keçirilməsində məqsəd mədəniyyətimizi ən
yaxşı formada təqdim etməkdir. Bu istiqamətdə fəaliyyətimizin
nəticəsində Azərbaycan və İtaliya arasında əmtəə dövriyyəsində qida
sənayesinin payı təqribən 35 faizə çatıb. Bu çox yaxşı
göstəricidir. Bu, fəaliyyətimizin nəticələr nümayiş etdirdiyini
göstərir”, – o deyib.
Onun sözlərinə görə, qida sənayesi təkcə qida və içki deyil, həm
də mədəniyyətdir.
“Bütünlükdə məqsədimiz olduğumuz ölkələrdə mədəniyyətimizi
təşviq etməkdən ibarətdir. Qida sənayesi bir-birimizi daha yaxşı
tanımaq imkanı verir”, – deyə o əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)























