
Bakı. Trend:
Dubay Beynəlxalq Hava Limanı BƏƏ-də yağan güclü yağış səbəbindən
ümumilikdə 45 aviareysi ləğv edib.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə hava limanının məlumatında
bildirilib.
Qeyd olunub ki, gecə yarısından etibarən 21 gediş və 24 gəliş
ləğv edilib. Gün ərzində hava limanında bütün əməliyyatlar 25
dəqiqə dayandırılsa da, sonradan bərpa edilib.
“Hava limanına gedən yolları güclü su basıb. Yağıtıların davam
edəcəyi gözlənilir”, – məlumatda bildirilib.





























