Advertisement

İsrail İrana zərbə endirmək qərarına gəlib

Bakı. Trend:

İsrail İrana zərbə endirmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə İsrail KİV-ləri xəbər
verib.

Məlumata əsasən, müvafiq qərar İsrail hərbi kabinetinin
iclasının yekunu üzrə qəbul edilib.

Qeyd olunub ki, zərbə “mümkün qədər tez” endirilməlidir.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri
Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə “Doğru vəd
əməliyyatı” kod adı altında İsrailə hücum edib. Hücumların aprelin
1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab
olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk
birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın
başa çatdığını elan edib.