Advertisement

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

Bakı. Trend:

Kanada hakimiyyəti növbəti beş il ərzində Ukraynanı 1,6 milyard
Kanada dolları (1,16 milyard dollar) dəyərində öldürücü və
qeyri-öldürücü silahlarla təmin etmək niyyətindədir.

Trend-in
məlumatına görə, bu barədə növbəti maliyyə ili (1 apreldən
başlayır) üçün Kanadanın federal büdcə layihəsində qeyd olunub.

“2024-cü il büdcəsində Ukraynaya öldürücü və qeyri-öldürücü
hərbi yardım göstərmək üçün 2024-25-ci illərdən başlayaraq beş il
ərzində Kanada Milli Müdafiə Nazirliyinə 1,6 milyard dollar
ayrılması təklif edilir”, – deyə sənəddə bildirilib.

Bundan əlavə, Kanada hakimiyyəti 2024-cü ildə Beynəlxalq Valyuta
Fondu (BVF) vasitəsilə Ukraynaya 2,4 milyard Kanada dolları (1,74
milyard dollar) məbləğində kredit vermək niyyətindədir.