Advertisement

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb – DİN

Bakı. Trend:

Aprelin 16-da ölkə ərazisində qeydə alınan 59, əvvəlki
dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 98, o
cümlədən, borclu şəxs qismində axtarışda olan 79 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.