Advertisement

Paşinyan Qazaxla sərhədə gəlib – Trend.Az

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin
Voskepar (Əskipara) kəndinin sakinləri ilə görüşüb.

Trend erməni
KİV-ə istinadən xəbər verir ki, bu barədə Paşinyan özünün sosial
şəbəkə hesabında məlumat paylaşıb.

“Bu gün Voskepara getdim, orada sakinlərlə görüşdüm”, – Paşinyan
yazıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan
əvvəl Tavuş sakinləri ilə görüşdə İrəvan Bakı ilə delimitasiya və
demarkasiya məsələlərinin müzakirəsindən danışıb.

“Hazırda bu zaldan çıxıb getmək və heç bir delimitasiya və
demarkasiyanın olmayacağını demək olar, lakin bu, o deməkdir ki,
həftənin sonunda müharibə olacaq. Mən bu müharibənin sonunda
nələrin olacağını da bilirəm. Sonra biz Respublika meydanında
görüşəndə siz deyəcəksiniz: “Yaxşı, biz sadə kəndlilər idik, bizim
məlumatımız yox idi, axı siz hər şeyi bilirdiniz”, – Paşinyan
deyib.

Xatırladaq ki, hələ 90-cı illərin əvvəllərində ermənilər
Azərbaycan ərazisində yeddi kəndi işğal edib. Onlardan 4-ü – Bğanis
Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı bilavasitə Qazax
rayonu ərazisindədir.

Daha üç kənd – Yuxarı Əskipara, Sofulu və Bərhudarlı Ermənistan
əraziləri ilə əhatə olunmuş anklavlardır. Daha bir anklav
Ermənistanın Naxçıvanla sərhədində yerləşən Kərki kəndidir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun