Advertisement

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib

Bakı. Trend:

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun
layihəsini ilk oxunuşda qəbul edib.

Trend xəbər
verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Məlumata görə, 83 deputat qanun layihəsinin lehinə səs verib,
müxalifət fraksiyasından olan deputatlar iclas zalını tərk
ediblər.

Qanun xaricdən maliyyələşdirilən QHT və KİV-in xüsusi reyestrdə
qeydiyyatdan keçməsini və hər il bəyannamə doldurmasını tələb
edir.

Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun
layihəsinin qüvvəyə minməsi üçün Gürcüstan parlamentinin
deputatları onu hələ iki oxunuşda da qəbul etməlidir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun