
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa
aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam
etdirilir.
Trend xəbər verir ki, 2024-cü
il aprelin 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni
nəsil NKA-ların sayı 3.222 ədəd olub. Yanvar – mart ayları ərzində
belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 91,4 milyon manat
olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 64 milyon
manat və ya 3,3 dəfə çoxdur.
Bu il aprelin 1-nə “ƏDV geri al” layihəsi çərçivəsində
istehlakçılara 1,2 milyon manat ƏDV məbləği geri qaytarılıb. Cari
ilin birinci rübündə istehlakçılara qaytarılan məbləğ ötən ilin
eyni dövrü ilə müqayisədə 3 dəfə artaraq 319,2 min manat olub.



























