Advertisement

Stoltenberq G7 XİN rəhbərlərinin iclasında iştirak edəcək

Bakı. Trend:

NATO Baş katibi Yens Stoltenberq İtaliyanın Kapri şəhərində
keçiriləcək G7 ölkələrinin xarici işlər nazirlərinin iclasına
qatılacaq.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti
məlumat yayıb.

Məlumata görə, aprelin 18-də Baş katib Stoltenberq G7 XİN
rəhbərlərinin iclasında iştirak edəcək.

NATO Baş katibi eyni zamanda Ukrayna xarici işlər naziri Dmitri
Kuleba ilə də görüşəcək.