
Bakı. Trend:
Yaponiyanın qərbindəki Ehime prefekturasının sahillərindəki
Bunqo-suido boğazında 6,4 və 5 bal gücündə iki zəlzələ baş
verib.
Trend xəbər verir ki, bu
haqda Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, 6,4 bal gücündə zəlzələ yerli vaxtla saat
23.14-də, 5 bal gücündə isə 23.19-da baş verib. 6,4 bal gücündə
zəlzələ 50 kilometr dərinlikdə, 5 bal gücündə isə 40 kilometr
dərinlikdə qeydə alınıb.





























