
Bakı. Trend:
Qəzzada atəşkəsin təmin olunması üçün Qətərlə intensiv iş
aparırıq.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Bölgədəki ölkələr olaraq üçüncü tərəflərin münaqişələrini bu
coğrafiyaya gətirməsini istəmirik”- deyə Fidan qeyd edib.
O bildirib ki, bütün tərəflərin konstruktiv mövqe nümayiş
etdirməsində böyük fayda görür.
“Türkiyə ilə Qətər arasında xüsusilə Fələstin məsələsində mövcud
böhranla bağlı böyük koordinasiya gedir. Türkiyə və Qətər HƏMAS ilə
sağlam əlaqələri olan ölkələrdir. Biz bütün gücümüzlə atəşkəs üçün
çalışırıq. Qətər atəşkəs prosesində mühüm rol oynayır” – deyə Hakan
Fidan qeyd edib.





























