Advertisement

Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanıldı

Bakı. Trend:

Almaniyada Rusiyaya casusluq etməkdə və təxribat hazırlamaqda
şübhəli bilinən iki nəfər həbs olunub.

Trend xəbər verir ki, “Der Spiegel” jurnalının məlumatına görə,
Bavariya federal əyalətinin Bayroyt şəhərində keçirilən əməliyyat
nəticəsində 39 yaşlı Diter S. və 37 yaşlı Aleksandr J.
saxlanılıb.

Müstəntiqlər hesab edirlər ki, şübhəlilər 2023-cü ilin oktyabr
ayından bəri Almaniyada təxribat törətməklə bağlı Rusiya xüsusi
xidmət orqanları ilə məlumat mübadiləsi aparırlar. Onlar hərbi
infrastruktur və sənaye obyektlərində yanğın və partlayış planları
hazırlayıblar. Diversantların hədəfində hərbi yüklərin daşınması
üçün istifadə edilən nəqliyyat marşrutları da olub.

Almaniya prokurorluğu Dieteri kəşfiyyat və təxribat məqsədi
daşıyan gizli fəaliyyətdə, Aleksandrı isə xüsusi xidmət orqanları
ilə əlaqədə ittiham edir.