Advertisement

Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi

Bakı. Trend:

Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının
pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks
etdirmir. Belə ki, pensiyaların ödənişində hər hansı bir gecikmə
yoxdur.

Trend xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun
İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili
bildirib.

“Respublika üzrə aprel ayının pensiylarının ödənişi davam
etdirilir. Aprelin 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də
Abşeron rayonu üzrə, aprelin 15-dən isə respublikanın ayrı-ayrı
rayonlarında qeydiyyatda olan pensiyaçıların pensiyaları
ödənilib.

Hazırda güzəştli şərtlərlə pensiya alan şəxslərin pensiyalarının
ödənişi davam edir. Aprelin 19-da maliyyələşmənin tam başa
çatdırılması nəzərdə tutulub. Bununla da aprel ayı başa çatmamış
aprel ayının pensiyalarının ödənişi yekunlaşdırılacaq”, – o qeyd
edib.