
Bakı. Trend:
Azərbaycana müstəmləkəçilik ilə və müstəqillik uğrunda
mübarizəmizə dəstək verdiyinə görə təşəkkür edirik.
Trend-in məlumatına görə, bunu Milli Məclisdə “Yeni Kaledoniya:
Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr
edilmiş konfransda Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi
Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə
Komitəsinin sədri xanım Naisseline Omayran deyib.
O bildirib ki, Kaledoniyada keçirilən referendumun nəticələri
saxtalaşdırılıb.
“Biz Kaledoniyada keçirilən referenduma yenidən baxılmasını
tələb etmişik. Bu referendum xalqın hüquqlarını oğurlayır”, – deyə
o qeyd edib.





























