Bakı. Trend:
Konfrans Liqasında yarımfinala vəsiqə qazanan ilk komandanın adı
məlum olub.
Trend-in
məlumatına görə, İtaliya “Fiorentina”sı Çexiyada keçirilən ilk
görüşdə qolsuz heç-heçə etdiyi “Viktoriya Plzen”i doğma meydanda
qəbul edib. Bu qarşılaşmanın da əsas vaxtında qapılara qol
vurulmadığı üçün əlavə 30 dəqiqə oynanılıb. Rəqibinə 2:0 hesabı ilə
qalib gələn Florensiya təmsilçisi adını 1/2 finala yazdırıb.
Konfrans Liqasında yarımfinala vəsiqə qazanan ikinci komanda
“Aston Villa” klubu oldu. İngiltərə təmsilçisi ilk görüşdə 2:1
hesabı ilə qalib gəldiyi “Lill”lə bu dəfə Fransada qarşılaşıb.
Premyer Liqa klubu rəqibinə eyni hesabla uduzduğu üçün əlavə vaxt
oynanılıb. 30 dəqiqədə də qapılara top vurulmadığına görə
penaltilər seriyası baş tutub. Burada daha dəqiq olan qonaqlar
yarımfinala vəsiqə qazanıblar – 4:3.




























