Advertisement

Muxtar Babayev Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşüb

Bakı. Trend:

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un
Prezidenti Muxtar Babayev Vaşinqtonda Avropa İnvestisiya Bankının
rəhbəri Nadia Kalvino ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə bu barədə COP29-un “X”
sosial şəbəkəsindəki səhifəsində bildirilib.

Məlumata əsasən, görüş Beynəlxalq Valyuta Fondu və Dünya Bankı
Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti
üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində baş
tutub.

Bildirilib ki, Avropa İnvestisiya Bankı və digər çoxtərəfli
inkişaf bankları iqlim maliyyələşdirməsini daha əlverişli və daha
əlçatan edərək daha çox miqyasda açmaqda mühüm rola malikdir.