Advertisement

BDU tələbəsinin meyiti tapıldı – Trend.Az

Bakı. Trend:

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.

Trend xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində
qeydə alınıb.

2003-ci il təvəllüdlü Ramil Nəsirovun meyiti kirayə yaşadığı
mənzilin eyvanından asılmış vəziyyətdə aşkar edilib. Onun intihar
etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Bakı Dövlət Universiteti də Ramil Nəsirovun ölümü ilə bağlı
məlumat yayıb.

Bildirilib ki, o, BDU-nun Şərqşünaslıq fakültəsinin 4-cü kurs
tələbəsi olub:

“Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Ramil Aqil oğlu
Nəsirov vəfat edib. 2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə
Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov
Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai
fəallığı ilə seçilən tələbələrindən olub.

Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib.
2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq
qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini
müvəffəqiyyətlə başa vurması gözlənilirdi”.