
Bakı. Trend:
“Səbail”in futbolçusu Adil Mehremiçin İdman.bizə müsahibəsi
– Premyer Liqanın XXX turunda “Kəpəz”lə oyunda hakimi
təhqir etdiyiniz üçün 2-si şərti olmaqla 4 oyun cəzalanmısınız. Nə
baş vermişdi ki?
– Oyundan sonra heyətə doğruları bildirmişəm. Artıq bu barədə
danışmaq istəmirəm. Bu məsələ onların vicdanına qalıb.
– Diskvalifikasiya olunmağınızla bağlı nə deyə
bilərsiniz?
– Bu sualı qətiyyən şərh etmək istəmirəm.
– “Səbail”in hazırkı durumunu necə
dəyərləndirərdiniz?
– Biz bütün fikrimizi bundan sonrakı oyunlara cəmləmişik. Mən
olmasam belə komandam əlindən gələnin artığını edəcək. Gücümüzü hər
kəsə göstərəcəyik.
– Klubunuzun avrokubok şanslarını necə
dəyərləndirirsiniz?
– İlk “üçlük” və “dördlük”də qalmaq şansımızı itirmədiyimiz
müddətdə hər şey üçün maksimum çalışacağıq. Oyunlara daha yaxşı
hazırlaşıb, buna da nail olacağıq.
– İlin sonunadək müqaviləniz var. “Səbail”lə yeni
razılaşma planlaşdırırsınız?
– Futbol həyat kimidir. Nəyin necə baş verəcəyini bilmirsən.
Bəli, müqaviləm dekabra kimidir. Ondan sonra nə olacağını və harada
çıxış edəcəyim barədə hələlik heç bir fikrim yoxdur.





























