
Bakı. Trend:
Azərbaycanın idman gimnastı Qətərin paytaxtı Dohada keçirilən
Dünya kubokunda gümüş medal qazanıb.
Trend xəbər verir ki, kişilərin mübarizəsində Nikita Simonov
halqalarda uğurla çıxış edərək, 2-ci olub.
Qeyd edək ki, Dünya kubokuna sabah yekun vurulacaq.





























