
Bakı. Trend:
Ermənistan və Azərbaycan məsələni ilk dəfə danışıqlar masası
arxasında həll etdi.
Trend erməni
KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol
Paşinyan delimitasiyanın birinci mərhələsi üzrə əldə olunmuş
razılaşmanı şərh edərkən deyib.
Paşinyan əldə olunan razılaşmanın lazımi səviyyədə
qiymətləndirilməli olduğunu bildirib.
“Ermənistan və Azərbaycanın ilk dəfə məsələni danışıqlar masası
arxasında həll etdiyini qeyd etmək çox vacibdir”, – o deyib.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında
sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası
arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası
və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında
dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi
məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş
zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin
Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.





























