
Bakı. Trend:
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il aprelin 1-dən
30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası
ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrinə yeni qəbul
olunan gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, gənc əsgərlərin
hazırlığı proqramına uyğun olaraq çağırışçılarla keçirilən fərdi
hazırlıq məşğələlərində onlara nizamnamə və hərbi qanunvericiliyin
müvafiq tələbləri, hərbi intizam qaydaları, eləcə də, sıra, fiziki
və atəş hazırlığı üzrə çalışmaların elementləri öyrədilir.
Bundan başqa, şəxsi heyətin qidalanmasına xüsusi diqqət
yetirilir, əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara tam
riayət olunmaqla yüksək kalorili, keyfiyyətli yeməklər
hazırlanır.





























