Advertisement

“Emirates” aviaşirkəti müntəzəm uçuş cədvəlini bərpa edib

Bakı. Trend:

“Emirates” aviaşirkəti regiona yağan güclü leysan səbəbindən
dörd gündür fəaliyyəti pozulan Dubay Beynəlxalq Hava Limanında
normal uçuş cədvəlinə qayıdıb.

Trend xəbər verir ki, bu barədə aviaşirkətin Baş direktoru Tim
Klarkın açıqlamasında deyilir.

“Aprelin 20-dən etibarən müntəzəm uçuş cədvəli bərpa edilib.
Hava limanının tranzit zonasında qalan sərnişinlər yenidən
qeydiyyatdan keçib. Onlar hazırda təyinat yerlərinə göndərilir”, –
deyə məktubda bildirilir.

Aşağı büdcəli “Flydubai” aviaşirkəti də Dubay Beynəlxalq Hava
Limanının ikinci və üçüncü terminallarından uçan reyslərin normal
fəaliyyətini bərpa edib.