Advertisement

Bakıda oteldə yanğın başlayıb – Trend.Az

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küçəsində oteldə yanğın
olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə
bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.