
Bakı. Trend:
Aprelin 20-də Bakıda Milli Gimnastika Arenasında bədii
gimnastika üzrə çoxnövçülük üzrə Dünya Kubokunun qalib və
mükafatçılarının mükafatlandırılması mərasimi olub.
Trend xəbər verir ki, аərdi çoxnövçülükdə Darya Varfolomeev
(Almaniya) qızıl, Elvira Krasnobayeva (Bolqarıstan) gümüş, Sofiya
Raffaeli (İtaliya) bürünc medala sahib olublar.
Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii
gimnastika üzrə texniki nümayəndəsi İzabell Savada, Azərbaycan
Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə və
bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçisi, Avropa
Gimnastikasının Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü
Yevgeniya Vilyayeva təqdim ediblər.
Qrup hərəkətlərində çoxnövçülük üzrə komandalar arasında
İspaniya komandası birinci, İtaliya komandası ikinci, Azərbaycan
komandası isə üçüncü yeri tutub.
Mükafatları Azərbaycan gənclər və idman nazirinin müavini
Mariana Vasileva, Azərbaycan Gimnastika Federasiyasının idman
direktoru Natalya Bulanova və bədii gimnastika üzrə Azərbaycan
yığmasının xoreoqrafı Ruslan Eyvazov təqdim ediblər.
Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli Gimnastika
Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları
keçirilir.





























