
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər uşağın mənzildə bağlı
qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil
olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri
çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz
qalmış uşaqların xilas olunması təmin edilib.

























