
Bakı. Trend:
BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Frensis
Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə görüşüb.
Trend-in
məlumatına görə, bu barədə Dennis Frensis “X” sosial şəbəkəsində
yazıb.
“Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov
ilə xoş görüş keçirilib. Azərbaycanın BMT Baş Assambleyasının
tarixdə ilk dəfə keçirilən Davamlı İnkişaf Həftəsinə verdiyi
töhfəni və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasını, xüsusilə
də Avropada enerji təhlükəsizliyinin artırılmasını yüksək
qiymətləndirirəm. Azərbaycanın yaşıl enerjiyə keçidini
sürətləndirmək səylərini və COP29 zamanı enerji keçidini təşviq
etmək öhdəliyini alqışlayıram”, – deyə o qeyd edib.





























