Advertisement

Sabahın hava PROQNOZU – Trend.Az

Bakı. Trend:

Aprelin 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.

Səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi səhər və gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa
yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir
yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə
qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər
bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı
yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-27° isti,
dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.