Advertisement

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının final gününə start verilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna
yekun vurulacaq.

Trend xəbər verir ki, yarışın üçüncü günündə idmançımız Zöhrə
Ağamirova fərdi yarışda iki növ proqramda iştirak edəcək. O, halqa
və lentlə çıxışını nümayiş etdirəcək.

Ötən gün çoxnövçülükdə bürünc medal qazanan qrup hərəkətləri
komandası da iki finalda mübarizə aparacaq. Zeynəb Hümmətova, Güllü
Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və
Ləman Əlimuradovadan ibarət komanda beş halqa, həmçinin üç lent və
iki top ilə çıxış edəcək.

Qeyd edək ki, yarışda 41 ölkəni təmsil edən 129 idmançı iştirak
edir. Turnirə aprelin 21-də yekun vurulacaq.

FOTO: Zaur Mustafayev.