
Bakı. Trend:
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki, aprelin 22-də
əsasən gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda
dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil
yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı
ehtimalı var.





























