Bakı. Trend:
Meksika sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti xəbər
verib.
Məlumata əsasən, yeraltı təkanların episentri Manzanillo
şəhərindən 168 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 10 km
dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami
təhlükəsi elan olunmayıb.




























