Bakı. Trend:
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Nemət
Əliyev saxlanılıb. Ondan 1 kq 630 qram heroin və metadon həbi aşkar
edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan Trend-ə
verilən məlumata görə, Araşdırmalar zamanı müəyyən edilib ki,
N.Əliyev ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Qazax rayon
ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün
əldə edib.
Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata
keçirdiyini bildirib.
Faktla bağlı Qazax RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs
barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam
etdirilir
























