Advertisement

Uşaq ikən tərk etdiyim Füzuliyə qayıdışa görə sevincimin həddi-hüdudu yoxdur – Füzuli sakini

Bakı. Trend:

5-6 yaşlarında uşaq ikən tərk etdiyim Füzuliyə qayıtdığıma görə
sevincimin həddi-hüdudu yoxdur.

Bunu Trend
açıqlamasında Füzuli sakini Nurəddin Nəsirov deyib.

Onun sözlərinə görə, bundan sonra bütün ömrünü Füzulidə yaşamaq
və çalışmaq istəyir.

“Başda Ali Baş Komandan olmaqla bizə bu günləri yaşadanlara
minnətdarlığımı bildirirəm. Onların sayəsində öz elimizdə, öz
yurdumuzda yaşayacağıq. Allah şəhidlərimizə rəhmət eləsin,
qazilərimizə cansağlığı versin”, – deyə o bildirib.

Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə – 172 nəfər yola salınıb.
Bununla da Füzuli şəhərində 705 ailənin, yəni 2689 nəfərin daimi
məskunlaşması təmin edilib.