
Bakı. Trend:
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və
qumbaraatanlar tapıblar.
Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 20-də və 21-də
Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat
silahı, 23 qumbara, 2 qumbaraatan, 11 alışdırıcı, 68 patron darağı,
2780 ədəd müxtəlif çaplı patron, 7 ədəd süngü-bıçaq və digər
sursatlar aşkar olunaraq götürülüb.





























