
Bakı. Trend:
Futbolçuların yüksək məhsuldarlıq nümayiş etdirdiyi illərin
sayına görə rekordçular açıqlanıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, İFFHS XXI əsrin ən azı iki fərqli ilində
40 və ya daha çox qol vuranların cədvəlini tərtib edib.
Siyahının ilk iki pilləsində Lionel Messi və Kriştiano Ronaldo
qərarlaşıblar. Onların hərəsi 12 dəfə ili 40-dan artıq qolla
tamamlayıb. Amma argentinalı bir dəfə 70-i də arxada qoyduğu üçün
daha öndədir. Cütlük izləyicilərini böyük fərqlə qabaqlayır.
1. Lionel Messi – 12
2. Kriştiano Ronaldo – 12
3. Robert Levandovski – 8
4. Kilian Mbappe – 4
5. Zlatan İbrahimoviç – 4
6-7. Luis Suares – 4
Edinson Kavani – 4
Qeyd edək ki, 8 futbolçu üç, 23 oyunçu hərəyə iki dəfə il
ərzində yüksək məhsuldarlıq göstərib.





























