Advertisement

İran prezidenti Pakistana getdi – Trend.Az

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisi iki günlük səfər çərçivəsində bu
gün (22 aprel – red.) Pakistanın paytaxtı İslamabada gedib.

Trend-in məlumatına görə, İran prezidentini Pakistanın əmək və
mənzil naziri Hüseyn Pirzadə və digər rəsmilər qarşılayıblar.

Səfər çərçivəsində Rəisi Pakistan rəsmiləri ilə görüşərək
danışıqlar aparacaq.

İran prezidentinin səfəri çərçivəsində iki ölkə arasında
ticarət, səhiyyə, iqtisadiyyat, təhlükəsizlik, ədliyyə və kənd
təsərrüfatı sahələrində əməkdaşlıq sənədlərinin imzalanacağı
gözlənilir.