
Bakı. Trend:
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə
xüsusi nümayəndəsi Toyvo Klaar İrəvana səfər edib.
Trend bu
barədə erməni KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Aİ nümayəndəsi Ermənistan parlamentinin
vitse-spikeri Ruben Rubinyan ilə görüşüb.
Görüşdə Cənubi Qafqazdakı vəziyyət və Ermənistan-Aİ əməkdaşlığı
müzakirə olunub.





























