Advertisement

Kreml Rusiya sərhədçilərinin Tavuşdan çıxarılmasına dair İrəvandan siqnal almayıb – Peskov

Bakı. Trend:

Kreml Rusiya sərhədçilərinin Tavuşdan çıxarılmasına dair
İrəvandan siqnal almayıb.

Trend Rusiya
KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin
mətbuat katibi Dmitri Peskov deyib.

“Moskva Ermənistan-Azərbaycan sərhədində delimitasiya ilə
əlaqədar olaraq [Tavuş vilayətindən] Rusiya sərhədçilərinin
çıxarılmasına dair İrəvandan siqnal almayıb”, – Kreml nümayəndəsi
vurğulayıb.

Xatırladaq ki, bu yaxında Ermənistanın baş naziri Nikol Paşinyan
rusiyalı sərhədçilərin Tavuşdakı postları tərk edəcəyini
bildirib.

“Vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Bu, bütün istiqamətlərdə
əksini tapmalıdır. Bu, o deməkdir ki, bizdə cəbhə xətti deyil,
sərhəd var. Sərhəd isə sülh rəmzidir. Bu isə o deməkdir ki,
Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə qarşılıqlı
fəaliyyət göstərərək, sərhədin mühafizəsini təmin edə biləcəklər”,
– o deyib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında
sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası
arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası
və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında
dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi
məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş
zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin
Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun