
Bakı. Trend:
ABB-nin baş sponsorluğu ilə təşkil olunmuş alış-veriş festivalı
mayın 12-ə qədər müştərilərə maraqlı fürsətlər yaradır.
ABB-nin kart sahibləri qeyd edilən tarixədək ölkəmizin seçilmiş
Ticarət Mərkəzlərində və şəhər mağazalarında bu fürsətdən faydalana
bilərlər.
Festivalda 50-dən çox dünya brendi iştirak edir. Müştərilərə
10%-dən 50%-ə qədər endirimlər təklif olunur. Bankla tərəfdaş
məkanlarda ABB-nin kartları ilə alış-veriş edib, sərfəli
endirimlərlə yanaşı, 5% əlavə keşbek imkanlarından da faydalanmaq
olar. Keşbek yalnız ABB POS-terminalları ilə aparılmış ödənişlərə
aiddir. 5% əlavə keşbek taksit ödənişlərinə şamil edilmir.
Alış-veriş festivalında iştirak edən partnyorlar haqqında
ətraflı məlumatı buradan
əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.



























