
Bakı. Trend:
Ələt limanı Mərkəzi Asiya ölkələri üçün tranzit rolunu
oynayır.
Trend xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının baş əməliyyat inzibatçısı Yucin Si “Azərbaycan-Çin
münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol”
mövzusundakı konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, alternativ marşrutlara hər zaman ehtiyac
var.
“Bakı Ələt limanı tam gücü ilə işləyir. Ələt limanı Mərkəzi
Asiya ölkələri üçün də tranzit rolunu oynayır. Biz limanın ikinci
faza modelini də işləyib bitirmişik. Planlaşdırma fazasında maraqlı
tərəflər karqolar gətirməklə bu investisiyanın artmasına kömək edə
bilər”, – deyə o bildirib.



























