Advertisement

Rusiyanın “Birinci kanal”ı Prezident İlham Əliyevin işgüzar səfəri haqqında reportaj yayımlayıb

Bakı. Trend:

Rusiyanın “Birinci kanal”ı Prezident İlham Əliyevin Rusiya
Federasiyasına işgüzar səfəri barədə reportaj yayımlayıb.

Trend xəbər verir ki, reportajda Rusiya və Azərbaycan
prezidentləri Vladimir Putin və İlham Əliyevin Kremldəki təkbətək
görüşdə Moskva ilə Bakı arasında münasibətlərin inkişafı, regional
təhlükəsizliyin həssas məsələləri və müxtəlif sahələrdə əməkdaşlığı
müzakirə etdikləri bildirilir.

Materialda, həmçinin qeyd olunur ki, Rusiya Prezidenti
Azərbaycanın dövlət başçısını Baykal-Amur Magistralının – əfsanəvi
BAM-ın tikintisinin başlanmasının 50 illiyinə həsr olunmuş
tədbirlərdə iştirak etməyə dəvət edib: “Bu, İlham Əliyev üçün həm
də şəxsi hekayədir. Atası Heydər Əliyev hökumət komissiyasına
rəhbərlik edib, başqa sözlə, “əsrin tikintisinə” nəzarəti həyata
keçirib.