
Bakı. Trend:
Aprelin 11-dən aprelin 17-dək olan dövrdə Rusiyada neft emalı
sutkada 5,22 milyon barelə düşüb. Bu da ondan əvvəlki həftə ilə
müqayisədə 10 min barel azdır.
Trend xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, bu göstərici son 11 ayda növbəti minimum
nəticədir. Buna səbəb pilotsuz təyyarələrin hücumu,
planlaşdırılmamış təmir, həmçinin daşqın nəticəsində Orsk neft
emalı zavodunun fəaliyyətini dayandırmasıdır.





























